Skip Navigation

National Geographic Society This program is distributed in the U.S. and Canada by National Geographic and EHD. [learn more]

Multilingual Illustrated DVD [Tutorial]

The Biology of Prenatal Development




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 
Download English PDF  Download Spanish PDF  Download French PDF  What is PDF?
 

The Fetal Period (8 Weeks through Birth)

Chapter 37   9 Weeks: Swallows, Sighs, and Stretches

Fetal dövr doğuşadək davam edir.

9-cu həftənin sonuna yaxın döl əlinin baş barmağını sovurmağa başlayır və o artıq amniotic mayeni udmağa başlayır.

Döl eyni zamanda müəyyən obyektləri tutmağı, başını irəliyə-geriyə çəkməyi, çənəsini açıb-bağlamağı, dilini tərpətməyi, köksünü ötürməyi və dartınmağı bacarır.

Üzdə, ovucun içində və pəncənin altında yerləşən sinir reseptorları incə toxunmanı hiss edə bilir.

"Pəncənin altına incə toxunmaya cavab olaraq" döl bud-çanaq və diz oynaqlarını bükəcək və ayaq barmaqlarını aralayacaq.

Göz qapaqları artıq tamamilə bağlıdır.

Qırtlaqda səs bağlarının yaranması səs tellərinin əmələ gəlməsindən xəbər verir.

Qadın cinsinə məxsus döllərdə uşaqlıq müəyyən edilir və oogoniya adlı yetişməmiş tənasül hüceyrələri yumurtalıqlarda yetişir.

Xarici cinsiyyət orqanları dölün qadın yaxud kişi cinsinə məxsus olduğu bilinməyə başlayır.

Chapter 38   10 Weeks: Rolls Eyes and Yawns, Fingernails & Fingerprints

9-10-cu həftələr müddətində böyük sürətlə gedən inkişaf prosesi bədən çəkisini 75% artırır.

10-cu həftənin sonuna yaxın gözün yuxarı qapağının qıcıqlandırılması gözün aşağıya doğru hərəkəti ilə nəticələnir.

Döl ceynəmə hərəkətlərini yerinə yetirir və tez-tez ağzını açıb yumur.

Döllərin əksəriyyəti sağ əl barmağını sovurur.

Bağırsaqların bəzi hissələri göbək ciyəsindən yenidən qarın boşluğuna qayıdır.

Bir çox sümüklərdə ossifikasiya gedir.

Əl və ayaq barmaqlarında dırnaqlar inkişaf etməyə başlayır.

Barmaqlarda təkrarolunmaz barmaq izləri mayalanmadan 10 həftə sonra əmələ gəlir. Bu nümunələr ömrün sonunadək eyniləşdirmə üçün istifadə oluna bilər.

Chapter 39   11 Weeks: Absorbs Glucose and Water

11-ci həftənin sonunadək burun və dodaqlar artıq tam formalaşmış olur. Bədənin başqa hissələri kimi, insan inkişafının hər mərhələsində onların da xarici görünüşü dəyişəcəkdir.

Dölün udduğu qlükoza və su bağırsaqlarda sorulmağa başlayır.

Baxmayaraq ki, cinsi mənsubiyyət hələ mayalanma zamanı təyin olunur, indi artıq xarici cinsiyyət orqanlarının Dölün kişi, yaxud qadın cinsinə məxsus olduğunu müəyyən etmək olur.

Chapter 40   3 to 4 Months (12 to 16 Weeks): Taste Buds, Jaw Motion, Rooting Reflex, Quickening

11 və 12-ci həftələr arasında dölün çəkisi təqribən 60% artır.

12-ci həftə ilə hamiləliyin ilk üçdə bir hissəsi, yaxud trimestri bitir.

Artıq ağız boşluğu divarlarının bütün şəthi üzərində dad məməciklərinin kötükcələri yerləşir.
Doğuşa yaxın dad məməcikləri yalnız dilin üzərində və damağın yuxarısında qalır.

Bağırsaqlarda 12-ci həftədə artıq peristaltika hərəkətləri başlanır və bunlar təxminən 6 həftə davam edir.

Dölün və yenidoğulmuş uşağın yoğun bağırsağından ilk ifraz olunmuş maddə mekonium adlanır. O, həzm traktının ifraz etdiyi həzm fermentləri, zülallar və ölü hüceyrələrdən ibarət olur.

12-ci həftənin sonunadək yuxarı ətrafın uzunluğunun bədənin uzunluğuna nisbəti təxminən son səviyyəsinə çatır. Aşağı ətrafların boyu uzanaraq son əndazəsinə çatır.

Kürəyi və başın təpəsini istisna etməklə, dölün bütün bədəni artıq yüngül toxunmaya həssasdır.

İlk dəfədir ki, cinsə aid fərqlər peyda olur. Məsələn, qadın cinsinə aid döllər kişi cinsinə aid olanlara nisbətən çənə hərəkətlərini daha çox icra edirlər.

Bundan əvvəl müşahidə olunan geriyə çəkilmə cavab reaksiyasının əksinə olaraq ağız ətrafının qıcıqlandırılması indi stimula doğru hərəkətlə və ağızın açılması ilə nəticələnir. Bu cavab forması "bənd olma refleksi" adlanır və bu refleks anadan olandan sonra da qalaraq,ana südü ilə qidalandırıldıqda yenidoğulmuş uşağa anasının məməciyini tapmağa kömək edir.

Piy təbəqəsi yanaqlarda qalınlaşdıqca üz öz formasını alır və dişlər də inkişaf etməyə başlayır.

15-ci həftənin sonuna yaxın qan yaradıcı sistemin hüceyrələri sümük iliyinə daxil olur və çoxalmağa başlayırlar. Qan hüceyrələrinin formalaşması əsasən burada baş verəcək.

Baxmayaraq ki, 6 həftəlik rüşeym hərəkət etməyə başlayır, hamilə qadın dölün tərpənməsini ilk dəfə 14-18-ci həftələr arasında hiss etməyə başlayır. Ənənəvi olaraq, bu hadisəni dölun tərpənməsi adlandırırlar.

Chapter 41   4 to 5 Months (16 to 20 Weeks): Stress Response, Vernix Caseosa, Circadian Rhythms

16-cı həftənin sonuna yaxın dölün qarnına iynənin batırılması kimi əməliyyatlar ümumi qan dövranına noradrenalin, yaxud norepinefrinin ifraz edilməsi ilə səciyyələnən stress reaksiyasını törədir. Yenidoğulmuşlar , eləcə də böyüklər invaziv əməliyyatlara qarşı oxşar cavab reaksiyasını nümayiş edirlər.

Tənəffüs sistemində bronxial ağac demək olar ki, tam formalaşıb.

Kazeoz örtük adlı qoruyucu, ağ rəngli maddə artıq dölün bədənini tam örtür. Örtük dərini amniotic mayenin qıcıqlandırıcı təsirindən qoruyur.

19-cu həftədən başlayaraq dölün tərpənməsi, tənəffüs aktları və ürək ritmi tsirkad ritmi adlandırılan sutkanın dövrlərinə uyğunlaşmağa başlayır.

Chapter 42   5 to 6 Months (20 to 24 Weeks): Responds to Sound; Hair and Skin; Age of Viability

20-ci həftənin sonuna yaxın ibliz adlı eşitmə orqanı böyüklərdə olan ölçülərə çataraq tam inkişaf etmiş daxili qulaqda özünə yer eləyir. Bundan sonra döl səslərin ucalmasını hiss edəcək.

Başın dərisində tüklər uzanmağa başlayır.

Dərinin bütün layları və strukturları, o cümlədən tük follikulları və vəzilər artıq mövcuddur.

Mayalanmadan 21-22 həftə sonra ağ ciyərlər hava ilə nəfəs almağa qadirdir. Bu dövru yüksək yaşama qabiliyyəti dövrü kimi qiymətləndirirlər, çünki bəzi döllər artıq uşaqlıqdan kənarda da sağ qala bilirlər. Təbabətin əldə etdikləri nailiyyətlər vaxtından əvvəl doğulmuş uşaqların sağ qalmasını mümkün etmişdir.

Chapter 43   6 to 7 Months (24 to 28 Weeks): Blink-Startle; Pupils Respond to Light; Smell and Taste

24-cü həftənin sonuna yaxın göz qapaqları yenidən açılır və döl göz qırpmaqla qıcığa qarşı cavab reaksiyasını nümayiş edir. Gözlənilməz, gur səslərə qarşı reaksiya qadın cinsinə aid olan döllərdə adətən daha tez müşahidə olunur.

Bəzi tədqəqatçılar göstərərlər ki, gur səslər dölün səhhətinə mənfi təsir göstərə bilər. Qıcıqdan dərhal sonra ürək vurğularının sayının artması, dölün udma hərəkətlərinin çoxalması, və davranışda kəskin dəyişikliklər baş verir. Bunun nəticəsi kimi, hətta uzun müddət keçdikdən sonra, eşitmə qabiliyyətinin itirilməsi mümkündür.

Dölün tənəffüs tezliyi dəqiqədə 44 tənəffüs aktınadək arta bilər.

Hamiləliyin üçüncü trimestri ərzində dölün istifadə etdiyi enerjinin 50%-dən çox hissəsi beynin sürətlə böyüməsinə sərf olunur. Beyin çəkisi 400-500% artır.

26-cı həftənin sonuna yaxın gözlərdən göz yaşı ifraz olunur.

27-ci həftənin sonunda göz bəbəkləri artıq işığa reaksiya verməyə başlayır. Bu reaksiya torlu qişaya yetişən işıq şualarının miqdarını ömür boyu tənzimləyəcək.

İybilmə hissinin həyata keçirilməsi üçün bütün komponentlər dəyişkəndir. Yarımçıq uşaqlarda aparılmış tədqiqatlar göstərmişdir ki, iybilmə qabiliyyəti mayalanmadan cəmi 26 həftə sonra yaranır.

Amniotik mayeyə şirin maddələr əlavə edildikdə dölün udma hərəkətlərinin sayı artır. Əksinə, acı maddələr əlavə edildikdə dölün udma hərəkətlərinin sayı azalır. Bir çox hallarda bundan sonra mimiki ifadələr də artır.

Gəzinti zamanı addımlamaya bənzər hər bir neçə hərəkətdən bir döl mayallaq vurur.

Dəri altına piylər yığıldıqca, dölün dərisində olan qırışların sayı azalır. Bədən temperaturunun eyni səviyyədə Saxlanılmasında, doğuşdan sonra enerji mənbəyi olan piylər həyati rol oynayır.

Chapter 44   7 to 8 Months (28 to 32 Weeks): Sound Discrimination, Behavioral States

28-ci həftənin sonunda döl zil və bəm səsləri seçə bilir.

30-cu həftənin sonunda tənəffüs hərəkətləri daha çox müşahidə edilir və orta ölçülü dölün 30-40% vaxtı buna sərf olunur.

Hamiləliyin son 4 ayında dölün uyğunlaşdırılmış hərəkətləri istirahət fasilələri ilə növbələşir. Belə fərqli davranış vəziyyətləri mərkəzi sinir sisteminin quruluşunun mürəkkəbliyini əks etdirir.

Chapter 45   8 to 9 Months (32 to 36 Weeks): Alveoli Formation, Firm Grasp, Taste Preferences

Təqribən 32-ci həftənin sonuna yaxın əsil alveollar və yaxud "hava qovuqcuqlarına" bənzər hüceyrələr ağ ciyərlərdə inkişaf etməyə başlayır. Onlar doğuşdan sonra da 8 yaşadək inkişaf etməkdə davam edəcəklər.

35 həftəlik döl əlləri ilə möhkəm tutmağı bacarır.

Dölün müxtəlif maddələrlə təmasda olması, doğuşdan sonra onun qoxulara verdiyi üstünlüyü müəyyən edir. Məsələn, anaları biyan kökünə dadini təmin edən cirədən istifadə etmiş döllər doğuşdan sonra cirəni xoşlayırlar. Doğuşdan əvvəl cirə ilə təmasda olmamış körpələr isə cirəni xoşlamır.

Chapter 46   9 Months to Birth (36 Weeks through Birth)

Döl doğuş prosesinin başlanması üçün çoxlu miqdarda estrogen adlı hormon ifraz etməyə başlayır və bununla dölün yenidoğulmuşa çevrilməsi başlanır.

Doğuş uşaqlığın yığılmaları ilə başlanır və uşağın doğulması ilə nəticələnir.

Mayalanmadan doğuşadək və ondan sonrakı dövrdə insan orqanizminin inkişafı prosesi çevik, uzun müddətli və mürəkkəbdir. Bu möcüzəli prosesə dair yeni kəşflər tədricən daha dəqiq göstərir ki, dölün inkişafı insanın həyatı boyu səhhətinə güclü təsir göstərir.

Erkən mərhələlərdə insanın inkişafına dair biliklərimiz artdıqca, sağlamlığı həm doğuşdan əvvəl, həm də sonralar təmin etmək üçün imkanlarımız da artır.


Add a Comment

Your Name: Log In 3rd-party login: Facebook     Google     Yahoo

Comment: